İdman

110 manata görə quldurluq edən Tulinin həyatı - səkkizqat çempion...

5 Dekabr 2025 15:11
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, azərbaycanlı qadın kikboksçu, 21 yaşlı Tulin Ələkbərova dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb.

Milli.Az xəbər verir ki, Tulin Ələkbərova səkkizqat Azərbaycan çempionudur.

O, 2004-cü ildə anadan olub və 8 yaşından bəri idmanla məşğuldur. Azərbaycan çempionu olan kikboksçunun 27 medalı var, 18-i qızıldır.

Tulin Ələkbərova 2023-cü ilin dekarbında sevgilisi tərəfindən döyüldüyü üçün gündəmə gəlib.

Daha sonra 2025-ci ilin aprelində Nərimanov rayonunda yerləşən restoranda Tulin tərəfindən döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə idmançıya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, yəni elektron qolbaqla nəzarət altında qalma cəzası təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.