İdman

“Fənərbağça” hakim qərarları ilə bağlı bəyanat yaydı

2 Mart 2026 18:12
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" komandası mübahisəli hakim qərarları ilə bağlı bəyanat yayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, açıqlamada son turlarda komandanın əleyhinə qəbul edilən qərarlardan narazılıq ifadə olunub.

Bildirilib ki, klub mövsümün startından etibarən hakimliklə bağlı müzakirələrdən kənarda qalmağa, yalnız meydandakı oyuna fokuslanmağa üstünlük versə də, son matçlarda səhvlər artıb və artıq sistemli xarakter alıb: "Bu isə futbolun ədalət prinsipinə zərər vurur. Yanlış qərarlar işimizə kölgə salır. Amma səssiz qalmağımız haqsızlıqlarla razılaşdığımız anlamına gəlməsin".

Qeyd olunub ki, təxribatlardan və polemikalardan uzaq durmaq mövqeyi həm klubun, həm də türk futbolunun gələcəyi üçün daha ədalətli və şəffaf mühit yaratmaq məqsədi daşıyır.

"Fənərbağça", həmçinin Türkiyə Futbol Federasiyası və Mərkəzi Hakimlər Komitəsindən prosesi daha ədalətli və şəffaf aparmaq üçün konkret addımlar gözlədiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.