"Arsenal"ın əfsanəvi qapıçısı faciəvi şəkildə həyatını itirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir futbolun ən intizamlı qapıçılarından biri hesab olunan Aleks Manninger vətəni Avstriyada keçirdiyi dəhşətli yol qəzası nəticəsində 48 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, Manningerin idarə etdiyi avtomobil nəzarətsiz dəmiryolu keçidində qatarla toqquşub. Sabiq qapıçı hadisə yerindəcə keçinib.
1997-ci ildə Arsen Venger tərəfindən "Arsenal"a transfer edilən Manninger əfsanəvi David Simanın ehtiyat qapıçısı kimi Londona gəlmişdi. Lakin onun karyerası qısa müddətdə qızıl hərflərlə tarixə düşdü:
1997-98 mövsümündə Simanın zədəli olduğu vaxtda qapını qoruyan Manninger ard-arda 6 oyunda qapısını toxunulmaz saxlayaraq "Arsenal"ın həm Premyer Liqa, həm də FA Kuboku çempionluğunda həlledici rol oynadı.
"Mançester Yunayted" üzərində qazanılan 1-0-lıq tarixi qələbədə göstərdiyi performans "Arsenal" azarkeşləri tərəfindən heç vaxt unudulmadı.
Manninger karyerası ərzində "Arsenal"dan başqa bir çox nəhəng klubların şərəfini qoruyub:
"Yuventus" (Seriya A çempionu), "Fiorentina", "Torino", "Siena".
"Liverpul" və "Auqsburq".
Avstriya yığmasında 33 oyun keçirib, 1998 Dünya Kuboku və Avro-2008 heyətlərində yer alıb.
2017-ci ildə "Liverpul"da karyerasını bitirdikdən sonra Manninger səs-küylü həyatdan uzaqlaşmışdı. O, əsl peşəsi olan dülgərliyə qayıtmış və Avstriyada evlərin bərpası ilə məşğul olan öz biznesini qurmuşdu.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tesla Çində 3 milyona yaxın avtomobili geri çağırır
-
Türkiyəli aparıcı: “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” - (Foto)
-
Uber Niderlandda 825 milyon avro cərimələndi
-
Boks üzrə keçmiş dünya çempionu öldürüldü
-
“Məni həyatda görənlər 19 yaş verir”
-
Azərbaycan vətəndaşı Kamçatkada çarəsiz qaldı:"Yol dağıldı,1 günlük ərzağımız qalıb" - (Foto)
-
"Mercedes"lə "BYD"nin iştirakı ilə ağır qəza: Ölən və yaralılar var - (Video)
-
Medinanın klubu 109 oyundur uduzmur
-
Kəlbəcər–Laçın yolundan yeni görüntülər: Məsafə 31,98 kilometr qısalacaq - (Video)
-
“Anamı itirmək məni daha çox yandırdı, hər gecə yadıma düşürlər" - (Video)
-
"TikTok" ABŞ-yə 400 milyon dollar ödəyəcək
-
Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
İlahə İbadova: “O sözü deməklə ilk növbədə özünü alçaldırsan” - (Video)
-
Bazar günü əsl dəniz havası olacaq
-
Bakıda avtobus piyadanı vurub öldürdü
-
ABŞ mediası Azərbaycanda tapılan sirli kürədən yazır
-
Mədinə İsroilova məhkəməyə verildi - (Foto)
-
“Qalatasaray”ın oyunçusu Fransa klubuna transfer olundu
-
"Şakira, Hadise və Ancelina Coliyə bənzəyirəm" - (Video)
-
Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm
-
Lalə özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub - (Foto)
-
Bibiheybət yolunda qəza - Son anda həyatda qaldılar - (Video)
-
Rusiyada həbs olunan diaspor rəhbəri vitse-prezident imiş...
-
“Kurtlar Vadisi”nin aktyoru küçədə dalaşdı - (Video)





