Uber Niderlandda 825 milyon avro cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Niderlandın Məlumatların Mühafizəsi üzrə İdarəsi (AP) sürücülərin hesablarını onlara lazımi qaydada məlumat vermədən avtomatlaşdırılmış şəkildə deaktiv etdiyi üçün Amerikanın Uber platformasını 824,99 milyon avro məbləğində cərimələyib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bazar ertəsi qəbul edilən və AP tərəfindən hələ dərc olunmayan qərarda qurum Avropanın Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR) istinad edib. Bu qaydalar şəxsin "yalnız avtomatlaşdırılmış emala əsaslanan qərara məruz qalmamaq" hüququnu təsbit edir. AP-nin nümayəndəsi cümə günü AFP-yə qərarı və cərimənin məbləğini təsdiqləyib.
AP-nin təsdiqlədiyinə görə, Uber-ə qarşı Fransada verilmiş şikayətlə başlayan iş 2020-2022-ci illər arasında Avropada baş vermiş insidentlərlə bağlıdır. Amerika avtomobil sifarişi nəhənginin Avropadakı baş ofisi Amsterdamda yerləşdiyinə görə iş Niderlandda araşdırılıb.
"Biz bu qərarla, eləcə də cərimənin qeyri-mütənasib məbləği ilə qəti şəkildə razılaşmırıq və apellyasiya şikayəti verəcəyik", - deyə Uber AFP-yə bildirib.
Amerikanın avtomobil sifarişi nəhənginin sözlərinə görə, AP "bir neçə il əvvəl dayandırılmış köhnə təcrübələri" araşdırıb.
Uber sürücülərə təsir edən qərarlara "çox ciddi" yanaşdığını və bu qərarların "ədalətli" və "qərəzsiz" olmasını təmin etdiyini bildirib.
Şirkət qeyd edib: "Bu, həmin qərarların insanlar tərəfindən nəzərdən keçirilməsini, güclü müdafiə mexanizmlərinin tətbiqini nəzərdə tutur və sürücülər bizim səhvə yol verdiyimizi hesab etdikləri halda apellyasiya etmək imkanına malikdirlər".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kəmalə Günəşli: "Danimarkada heykəlimi qoyublar, mənə "çuşka" deyirsiniz" (Video)
-
Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?
-
“Beşiktaş” və “Trabzonspor” avrokuboklarda qələbə qazandı
-
İşə maşınla gedənlərin diqqətinə
-
Fira Cəlilovanın bağ evinə basqın: 30 minlik qızılları oğurlandı (Video)
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)





