Marsda gözlənilməz KƏŞF - Qırmızı planetdə həyat izi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Perseverance" roveri qədim Mars süxurlarında gözlənilməz dərəcədə yüksək həcmdə nikel tapıb. Bu, milyardlarla il əvvəl mövcud olmuş çox zəngin kimyəvi mühiti göstərir.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.
Neretva-Vallis vadisində əldə edilən tapıntı Yer kürəsində bəzən mikrobioloji aktivliklə əlaqələndirilən mineral formasiyaları xatırladır. Bu, Marsda həyatın mövcud olduğunu sübut etmir, amma uzun illərdir davam edən elmi araşdırmalara yeni element qazandırıb.
2021-ci ilin fevralında eniş etdikdən sonra "Perseverance" eni 45 kilometr olan və vaxtilə göl olduğu hesab edilən Jezero kraterini araşdırır. Perdyu Universitetindən doktor Henri Manelski və komandası bildirir ki, kraterdə qədim su fəaliyyətinin izləri - çay yataqları və çöküntü qatları aydın görünür.
Bəhayət, rover yaşı təxminən 3 milyard il olan çöküntülərin qorunduğu qədim çay deltası - Neretva-Vallisə çata bilib.
Süxurların analizi üçün "Perseverance" lazer alətləri, infraqırmızı sensorlar və rentgen cihazlarının kombinasiyasından istifadə edib. Analiz edilən 126 süxurdan 32-də nikel aşkar edilib.
Manelskinin sözlərinə görə, nikel bir qayda olaraq Yer və Marsda mikroelement sayılır. Çünki planetlərin formalaşması zamanı nüvəyə böyük həcmdə nikel sızıb.
"Planetin səthində aşkar etdiyimiz bu qədər yüksək həcm həmin süxurların necə formalaşdığı və sonradan necə dəyişdiyi barədə unikal məhdudiyyətlər qoyur", - tədqiqatçı vurğulayıb.
Bu, Marsın ana süxurlarında indiyə qədər ölçülmüş ən yüksək nikel səviyyəsidir. Bu element dəmir sulfid mineralları və jarozit, akaqanit kimi sulfatlarla birlikdə müşahidə olunur ki, onlar süxurların tədricən parçalanması nəticəsində yaranır.
"Yer kürəsində nikellə zəngin dəmir sulfid qədim çöküntü süxurlarında müşahidə olunur. Dəmir sulfid oksigenlə zəngin mühitdə asanlıqla aşınır, buna görə də onun qədim Yer süxurlarında mövcudluğu erkən atmosferin oksigen baxımından çox yoxsul olduğuna dair dəlillərdən biridir", - Manelski izah edib.
Tədqiqatçıları həmçinin bu Mars minerallarının Yer kürəsində geniş yayılmış dəmir sulfid - piritə çox bənzəməsi təəccübləndirib. Belə formasiyalar Yerdə tez-tez, xüsusilə oksigenin az olduğu mühitlərdə mikrobioloji proseslərlə əlaqələndirilir.
Həmin bölgədə həmçinin dəmir sulfidlər üzvi karbon birləşmələri ilə birlikdə aşkar edilib. Bu kombinasiya bioloji aktivliklə bağlı, amma sırf kimyəvi reaksiyaların nəticəsi də ola bilər.
"Nikellə zəngin süxurların mövcudluğu göstərir ki, əgər erkən Marsda canlı orqanizmlər mövcud olubsa, nikel onların istifadə edə biləcəyi formada mövcud ola bilərdi", - elm adamı qeyd edib.
Nikelin mənbəyi hələlik məlum deyil. Alimlər onun vulkanik süxurların parçalanmasından və ya nikel baxımından zəngin meteoritlərdən qaynaqlana biləcəyini ehtimal edirlər. Mənbəni müəyyənləşdirmək və onun bu bölgədəki üzvi maddələrlə mümkün əlaqəsini araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
XƏBƏR LENTİ
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda idmançı məşq zamanı öldü
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb - (Foto)
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
AQC-də yeni kadr təyinatları olub
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan





