Cəmiyyət

May ayının qeyri-iş günləri AÇIQLANDI

16 Aprel 2026 11:41
Baxış: 7 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin may ayı üçün qeyri-iş günləri məlum olub. Təqvimə əsasən, ay ərzində həm həftə sonları, həm də rəsmi bayramlarla əlaqədar bir sıra istirahət günləri nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, 5 günlük iş rejimi ilə çalışanlar üçün 2, 16, 23 və 30 may tarixləri şənbə günlərinə təsadüf etdiyindən qeyri-iş günüdür. Bazar günləri olan 3, 10, 17, 24 və 31 may tarixləri də ənənəvi olaraq istirahət günləridir.

9 may - faşizm üzərində Qələbə Günü ilə əlaqədar qeyri-iş günü hesab olunur. Bu tarix şənbə gününə düşdüyündən 11 may əlavə istirahət günü kimi müəyyən edilib.

Mayın sonunda isə ardıcıl bayram günləri qeyd olunacaq. 27 may Qurban bayramı, 28 may isə həm Müstəqillik Günü, həm də Qurban bayramına təsadüf edir. Bununla əlaqədar olaraq, 29 may qeyri-iş günü kimi müəyyən edilib və iş günü dəyişdirilib.

Qeyd edək ki, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.