Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - VİDEO - FOTO - YENİLƏNİB
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Milli.Az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.
Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.
Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.
Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib - FOTO
-
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir - Aleksandar Vuçiç
-
Staşa Koşaraç Azərbaycana səfərə gəlib
-
Sadır Japarov Azərbaycana səfərə gəlib
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Zeytun yağı niyə əvəzolunmazdır?
-
Bu məhsullar diqqəti zəiflədir
-
Köhnə paltaryuyan maşının illərlə işləməsi üçün NƏ EDƏK?
-
Çatlayan dabanlardan belə qurtulun
-
Dünyanın ən yaxşı piyada gəzinti şəhərləri açıqlandı
-
ABŞ-də iki qırıcı təyyarə havada toqquşub - VİDEO
-
“Həyat yoldaşım türkdür”
-
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
-
Vüqar Qurbanova ağır itki
-
Günün qoroskopu: Vacib sirrlərinizi hər kəslə bölüşməyin
-
Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci oldu - FOTO
-
Hər kəs 41 yaşlı Ronaldonun bu görüntüsündən danışır - FOTO
-
Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər
-
72 yaşlı aktyor gənc oğlana bənzəyir
-
“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurub
-
Alüminium folqanın yararlılıq müddəti varmı?
-
61 ildən sonra çempion oldular
-
14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
“Sabah”ın start heyətini görəndə məyus oldum”
-
Acı yedikdən sonra su içmək bu səbəbdən faydasızdır
-
Komandalarımız avrokuboklarda - Oyunların və püşkatmanın tarixləri
-
Mask həbs oluna bilər
-
8 illik evlilik Hazala görə bitdi?





