Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini və Xarici İşlər və Qürbətçilər naziri Ayman əl-Safadi ilə görüşüb.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.
Tərəflər Azərbaycan-İordaniya münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr ticarət, investisiya, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də çoxtərəfli platformalar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərinə yönəlib.
Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar və qlobal problemlərin həllində dialoqun, əməkdaşlığın və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayıblar.
Milli.Az





