Cəmiyyət

Bu gün paytaxtın 556 küçəsi yuyuldu - FOTO

18 Aprel 2026 17:47
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün,aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Milli.Az xəbər verir ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 556 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib. 

Paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.