Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açıq şəraitdə satışa çıxarılan qidalar hər zaman sağlam hesab olunmur.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qida təhlükəsizliyində əsas rol məhsulun istehsal və saxlanma şəraitinə aiddir.
Açıq şəkildə satılan məhsullar çox vaxt nəzarət və qeydiyyat sistemindən kənarda qalır. Bu isə onların istehsal və paylanma mərhələlərində şəffaflığın azalmasına və müxtəlif risklərin artmasına səbəb olur. Xüsusilə bu cür qidalarda mikrobioloji təhlükələr daha çox müşahidə edilir.
Qeyd olunur ki, qidaların istilik emalı və fermentasiya kimi proseslərdən keçirilməsi onların təhlükəsizliyini artırır. Elmi yanaşmalara görə, bu üsullar zərərli mikroorqanizmlərin azalmasına kömək edir və məhsulun daha təhlükəsiz istehlakına imkan yaradır.
Eyni zamanda açıqda satılan ədviyyatlar və çiy süd kimi məhsulların nəzarətsiz istehsalı mikotoksin və aflatoksin kimi zərərli maddələrin yaranma riskini artırır. Bu baxımdan qablaşdırılmış məhsullara üstünlük verilməsinin daha məqsədəuyğun olduğu bildirilir.
Araşdırmalarda vurğulanır ki, qida mənşəli risklər çox zaman dərhal deyil, uzun müddətdə özünü göstərir. Orqanizmdə toplanan bəzi zərərli maddələr zamanla toksik təsir göstərərək ciddi xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.
Bundan əlavə, qidaların hazırlanma üsullarının da sağlamlığa təsir etdiyi qeyd olunur. Yüksək temperatur və güclü tüstü altında bişirilən qidalarda zərərli birləşmələr yarana bilər. Xüsusilə manqalda ətin oda yaxın bişirilməsi zamanı yaranan tüstünün tərkibindəki maddələrin sağlamlıq üçün risk daşıdığı bildirilir.
Bildirilir ki, qablaşdırılmış məhsullar daha etibarlıdır və barkod sistemləri vasitəsilə məhsulun mənşəyi və istehsal prosesi haqqında məlumat əldə etmək mümkündür.
İstehlakçılara isə məhsul seçərkən diqqətli olmaları tövsiyə edilir. Qablaşdırması zədələnmiş, paslı, əyilmiş və ya şişmiş konserv məhsulların alınmaması və şübhəli qidaların istehlak edilməməsi vacib hesab olunur.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)





