Həyatımızı idarə edən hormon - KORTİZOL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə, immun sistemə və qan təzyiqinə təsir etdiyi qeyd olunur.
Bildirilir ki, bu hormon karbohidrat, yağ və zülal mübadiləsində iştirak edir, həmçinin qanda qlükoza səviyyəsini artıraraq orqanizmə enerji təmin edir.
Məlumata görə, kortizol səviyyəsi gün ərzində dəyişkəndir və səhər saatlarında daha yüksək, axşam saatlarında isə daha aşağı olur. Bu səbəbdən onun ölçülməsi adətən səhər saatlarında aparılır.
Mütəxəssislər qeyd edirlər ki, kortizol hər zaman yalnız stress səbəbilə yüksəlmir. Bəzi hallarda patoloji səbəblərdən həddindən artıq artaraq Kuşinq sindromuna yol aça bilər. Bu vəziyyət böyrəküstü vəzilərin və ya hipofiz vəzinin normadan artıq hormon ifraz etməsi ilə əlaqələndirilir.
Yüksək kortizol səviyyəsinin yorğunluq, halsızlıq, qarın və üz bölgəsində piy yığılması, dərinin nazikləşməsi, əzələ zəifliyi, yüksək təzyiq, emosional dəyişikliklər, depressiya və narahatlıq kimi əlamətlərlə özünü göstərə biləcəyi bildirilir.
Qeyd olunur ki, kortizol balansının qorunmasında həyat tərzi mühüm rol oynayır. Stressin idarə olunması, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, nəfəs məşqləri və kifayət qədər yuxu hormon səviyyəsinin tənzimlənməsində əsas amillər kimi göstərilir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov





