Hadisə

Sumqayıtda qanunsuz tikili sökülür

18 Aprel 2026 15:36
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt şəhəri ərazisində olan mədəniyyət və istirahət parkında qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülür.

Milli.Az xəbər verir ki, söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi tərəfindən həyata keçirilir.

Məlumata görə, artıq ərazidə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin mərhələli şəkildə demontajı aparılır.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir./report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.