Qaraciyərinizə zərər verən üç yatma vərdişi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, Hindistandakı Kinq Corc Universiteti Tibb Fakültəsinin araşdırmasına görə, gecə saat 23:00 ilə 03:00 arası qaraciyərin toksinlərdən təmizlənməsi və hüceyrə bərpası üçün qızıl saatlar hesab olunur. Lakin bir çox insan gecə yarısından sonra telefonla vaxt keçirməyə davam edir. Bu vəziyyət bədənin bioloji ritmini pozaraq qaraciyərin düzgün dincəlməsinə mane olur. Uzun müddətdə bu vərdiş qaraciyər zədələnməsinə və sirroz riskinin artmasına səbəb ola bilər.
Yatmazdan əvvəl yemək yemək həzm sistemi və qaraciyər üzərindəki yükü artırır. Bədən dincəlmək əvəzinə qidaları emal etməyə davam edir. Qızardılmış və ya şirin qidalar çox miqdarda yağ və şəkər ehtiva etdiyi üçün qaraciyəri daha çox işləməyə məcbur edir. Bu vəziyyət davam edərsə, qaraciyərdə piylənmə yaranır və hüceyrələr ciddi zərər görür.
Cənubi Kaliforniya Universitetinin araşdırmasına görə, alkoqol qaraciyər hüceyrələrini birbaşa zədələyərək maddələr mübadiləsinə mənfi təsir göstərir. Axşam saatlarında qəbul edilən alkoqol vaxtında emal oluna bilmədiyi üçün bədəndə toplanır. Şəkərli içkilər isə artıq şəkərin yağa çevrilməsinə səbəb olur ki, bu da orqanın bərpa prosesini ləngidir.
Qaraciyər özünü yeniləmə qabiliyyətinə malik olsa da, bunun üçün pis vərdişlərdən qurtulmaq şərtdir. Telefon istifadəsini məhdudlaşdırmalı, saat 23:00-dan əvvəl yatmağa çalışmalı və gecə saatlarında ağır yeməklərdən uzaq durmalısınız. Həmçinin, yatmazdan əvvəl stressdən uzaq durmaq və stabil ruh halında olmaq qaraciyərin effektiv dincəlməsinə kömək edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





