Döyməsi olanlar əsgərliyə APARILMIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir.
Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır? Əgər belədirsə, bunun səbəbi nədir? Ümumiyyətlə, kimlər hərbi xidmətə yararsız hesab olunur?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli döyməsi olan şəxslərin hərbi xidmətə çağırıldığını bildirib.
"Lakin bəzi hallarda onların psixi durumu və sağlamlıq vəziyyəti yoxlanılır. Əgər hər hansı problem aşkarlanarsa, bu artıq ümumi tibbi müayinə çərçivəsində dəyərləndirilir. Əslində əvvəlki illərdə psixi sağlamlıq məsələlərinə nadir hallarda diqqət yetirilirdisə, indi bu, daha ciddi şəkildə yoxlanılır. Azərbaycanda və dünyada gənclər arasında bədənə döymə etdirmə halları artıb və bu artıq müəyyən mənada dəb halını alıb. Bir çox qoşun növlərində bu məqam nəzərə alınsa da, ümumilikdə belə bir qayda yoxdur ki, döyməsi olan şəxslər hərbi xidmətdən azad olunsun", - ekspert vurğulayıb.
E.Həsənli əlavə edib ki, gənclər arasında maarifləndirmə işinin davamlı aparılmasına ehtiyac var:
"Xüsusilə məktəblərdə və çağırışçılar arasında bu istiqamətdə izahat və maarifləndirmə işləri aparılır və gələcəkdə də buna böyük ehtiyac var. Gənclər özlərinə ideal kimi idmançıları, futbolçuları, müğənniləri və film qəhrəmanlarını seçirlər. Xüsusilə xarici ölkələrdən olan tanınmış şəxslər və beynəlxalq yarışların qalibləri onlara təsir edir. Bu səbəbdən də gənclər onlara bənzəməyə çalışır və son dövrlərdə döymə etdirənlərin sayı artmaqdadır".
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq çağırışa cəlb olunmuş vətəndaşlar əvvəllər psixiatrik xəstəxanada qeydiyyatda olub-olmaması (ambulator və ya stasionar müalicə) nəzərə alınmaqla, müayinə zamanı "mənəvi-psixoloji durumunun" qiymətləndirilməsi üçün, həmçinin bədəninin müxtəlif nahiyələrində tatuaj (döymə) və ya çapıq izləri aşkar edildikdə psixiatriya xəstəxanalarında əlavə müayinəyə cəlb edilirlər. Göndəriş və nəticələr elektron qaydada sistem üzərindən aparılır. Müayinənin nəticəsindən asılı olaraq çağırışaqədər yaş həddində olanlar barəsində qərar qəbul edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Müğənni toyda canlı yayım açıb göz yaşı tökdü: “Abırsızlar, küçədə qalmışlar öndədir" - (Video)
-
Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək
-
Yaqut Babayeva uzun fasilədən sonra efridə: "Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur" - (Video)
-
Kerem Demirbay: “Qalatasaray”ın ardıcıl 4 dəfə necə çempion olmasından danışsam, aləm dağılar"
-
Hitler Mussolini mer olacaq
-
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
-
Pünhan Piriyevi tanıdığımız ilk Video
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Gəlinin toyda verilən hədiyyəyə "ağzı açıq" qaldı - (Video)
-
Rus ordusu bu ərazini tutdu
-
Beyləqanda 16 nəfər qidadan zəhərləndi
-
Azərbaycanlı aparıcının xanımı ilə qızının maraqlı Videosu
-
Şirkət sürücüsü iş başında öldü
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - (Foto-Video)
-
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
-
Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir
-
“Komedixana”nın aktyorlarının müzakirə yaradan Videosu
-
Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
-
Prezident: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
David Silva 40 yaşında futbola qayıtdı
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - (Foto)





