Cəmiyyət

Bakıda təmir ciddi tıxaca səbəb OLDU

18 Aprel 2026 15:02
Baxış: 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gündən etibarən paytaxtın 5 ərazisində təmir işləri aparılır.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, işlər Ziya Bünyadov prospektində, Dairəvi yoldan Meyvəli Ticarət Mərkəzinə düşən hissədə, həmçinin şəhər daxilində Rəşid Behbudov, Şərifzadə və Səməd Vurğun küçələrinin müəyyən hissələrində həyata keçiriləcək.

"Planlaşdırılan təmir işlərinin 20 aprel tarixində səhər saat 06:00-dək yekunlaşdırılması nəzərdə tutulur. Göstərilən tarixədək nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq",-deyə agentlikdən əlavə olunub.

Qeyd edək ki, hazırda Bakıda Kənar Dairəvi yoldan Lökbatan istiqamətində kilometrlərlə uzanan tıxac müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.