Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunan "Ölməz" monotamaşası onun vaxtı ilə yaşadığı Mingəçevirdə təqdim edilib.
Milli.Az xəbər verir ki, təqdimat Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Sumqayıt Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isə Ümid Abbaszadədir.
Monotamaşada Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev çıxış edib.
Səhnə əsərində Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı canlandırılıb. Tamaşada onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına ermənilərin mühasirəsinə qarşı göstərdiyi müqavimət və Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi qəhrəmanlıq səhnələşdirilib.
Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi Mingəçevirə köçüb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedib və döyüşlərdə misilsiz igidlik göstərib.
Natiq Qasımov 1992-ci ildə Xocalının Pirlər kəndində 5 gün təkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərək təslim olmayıb. Ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı Alban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





