Hadisə

2000 manatlıq əşyaları oğurlayan şəxs tutuldu

18 Aprel 2026 10:12
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.

Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.