Hadisə

Orta məktəbdə yanğın olub

18 Aprel 2026 10:31
Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkirdə yanğın qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə Şəmkir şəhərinin Zaur Sarıyev küçəsində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbdə baş verib.

Belə ki, ümumi sahəsi 950 kv metrə yaxın olan ikimərtəbəli tam orta məktəbdə qəfil yanğın başlayıb.

Dərhal hadisə  yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində orta məktəbin kompüter otağında 30-a yaxın kompüterdən 7-si yanıb.

Ümumilikdə 950 kv metr sahəsi olan məktəbin 55  kv metri sahəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə  edilib.

Xatırladaq ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır./unikal.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.