Hadisə

Məşhur uşaq qidasında siçan zəhəri AŞKARLANDI

20 Aprel 2026 09:27
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

"Hipp" şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada "kənar cinayət müdaxiləsi" nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb./oxu.az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.