Alçanın qiyməti düşmür: Bahalığın səbəbi nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il bazarlarda alça qıtlığı gözləntisi real səbəblərə əsaslanır və artıq fermerlər tərəfindən də təsdiqlənir.
2026 mövsümündə bir çox bölgədə məhsuldarlıq kəskin azalıb. Əvvəlki illərdə bir ağacdan təxminən 50 kq məhsul götürülürdüsə, bu il bəzi bağlarda bu göstərici 2-3 kq-a düşüb, hətta ümumiyyətlə məhsul olmayan ağaclar var. Üstəlik, bəzi meyvələr keyfiyyətsiz olduğu üçün bazara çıxarılmır.
Fermer İlqar Süleymanov Milli.Az-a bildirib ki, qıtlığın əsas səbəbi əlverişsiz hava şəraitidir.
"Erkən istiləşmə ağacların tez çiçəkləməsinə səbəb olub, sonrakı yağış və dolu isə çiçəklərə zərər verərək tozlanmanı pozub. Arı aktivliyinin azalması mayalanmanı zəiflədib, yüksək rütubət isə xəstəliklərin yayılmasına və meyvələrin çürüməsinə gətirib çıxarıb. Dolu da əlavə olaraq meyvələri zədələyərək həm miqdarı, həm də keyfiyyəti azaldıb".
Fermer bildirib ki, nəticədə bazarda alçanın təklifi kəskin aşağı düşüb ki, bu da həm qıtlıq, həm də qiymətlərin yüksəldir.
"Bu il bazarlarda alça qıtlığı qiymətlərə birbaşa təsir edir. Ötən illə müqayisədə kiloqramında ən az 2-3 manat fərq edir.Mövsüm irəliləsə də qiymətlərin ciddi enməsi gözlənilmir. Əvvəlki illərdə 2-3 manata düşən qiymətlər bu il çox güman 4-6 manat civarında qalacaq. Bunun əsas səbəbi məhsulun azlığı və keyfiyyətli alçanın çatışmazlığıdır.Ümumilikdə, bu il alça həm az olacaq, həm də ötən illərlə müqayisədə daha baha satılacaq", - deyə o qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
XƏBƏR LENTİ
-
Qurban Qurbanovdan Elvin haqda açıqlama
-
Ermənilər helikopterlərimizi belə partlatmaq istəyiblər - (Video)
-
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
-
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
“Qarabağ”da 3 gözlənilməz ayrılıq
-
Duranın İngiltərəyə transferinə maneə - Azərbaycan çempionatı
-
Sıla 7 illik sevgilisindən ayrıldı
-
Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb
-
“Qarabağ” 2 uğursuz seriyaya 4 qolla son qoydu
-
Bakıda 67 yaşlı qadın itkin düşüb - (Foto)
-
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
-
Yağış, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - (Video)
-
5 il əvvəl tikilən piyada keçidi sıradan çıxdı: Altından dikt çıxdı – Rəsmi reaksiya - (Video/Foto)
-
Azərbaycan futbolunda nadir rast gəlinən hesab: Bir oyunda 18 qol vuruldu
-
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib - (Foto)
-
Küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Çin orbitə daha 4 peyk buraxdı
-
Ukrayna Rusiyada sərnişin qatarını vurdu
-
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
-
Meteohəssas insanların nəzərinə
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı





