Raul Asensio ilə bağlı sağlamlıq xəbəri açıqlanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" klubunun rəsmi məlumatına görə, 23 yaşlı müdafiəçiyə bakterial enterokolit diaqnozu qoyulub. Xəstəlik səbəbindən futbolçunun son günlərdə ciddi çəki itkisi yaşadığı və təxminən 6 kiloqram arıqladığı bildirilib.
Səhhətində yaranan problemlər səbəbindən Asensio UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" komandasına qarşı keçirilən cavab görüşündə komandasına kömək edə bilməyib.
Cari mövsümdə "kral klubu"nun formasını geyinən müdafiəçi bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.
Hüseyn
Milli.Az





