Siyasət

Ermənistan regional kommunikasiyaların açılması üzərində işləyir – Rəsmi İrəvan

17 Aprel 2026 20:59
Baxış: 387

Ermənistan qarşılıqlı əsasda regional kommunikasiyaların açılması üzərində işləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkə regional əlaqəliliyin bərpası prosesində fəal iştirak edir.

"Bu gün qarşılıqlı əsasda kommunikasiyaların açılması ilə bağlı siyasi öhdəliklərə əsaslanan yeni bir başlanğıcımız var. Biz bu istiqamətdə fəal işləyirik", - deyə Kostanyan bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.