İdman

"Mançester Yunayted"də Karriklə bağlı qərar verildi

2 Mart 2026 19:34
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"də baş məşqçi məsələsinə aydınlıq gəldi.

Milli.Az xəbər verir ki, Maykl Karrikin növbəti mövsümdən etibarən "Mançester Yunayted"in daimi baş məşqçisi olacağı gözlənilir. Bu gün klub rəhbərliyi ilə keçirilən uğurlu görüşdən sonra qərarın rəsmiləşməsi istiqamətində ciddi addım atılıb.

Məlumata görə, Kerrik 3 mövsümlük müqavilə imzalayacaq. Sazişdə əlavə 1 mövsümlük uzatma opsiyası da yer alacaq. Müqavilənin ümumi dəyərinin bonuslarla birlikdə 16 milyon funt sterlinq olacağı bildirilir.

Qeyd olunur ki, futbolçular və klub əməkdaşları onun işindən olduqca razıdır. Məhz bu amil rəhbərliyin qərarı sürətləndirməsində əsas rol oynayıb. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.