Yeni evlənən qadının qayınanası ilə WhatsApp söhbətləri, evliliyini sorğulaması və "Xəstə idinsə, niyə evləndin?" sualı geniş qəzəbə səbəb olub.
Milli.Az xəbər verir ki, yeni evlənən gənc qadın sosial mediada qayınanası ilə mübahisəsini açıqlayan WhatsApp mesajları paylaşıb. Mesajlar tez bir zamanda yayılaraq istifadəçilər arasında ajiotaj yaradıb.
Mesajlarda qayınananın gəlininin əməliyyatına əsaslanaraq evliliyi sorğuladığı görünür. "Xəstə idinsə, ailən niyə əməliyyat etmədi?", "Qonşular da eyni şeyi deyirlər, əgər xəstə idisə, niyə evləndi?" ifadəsi isə mübahisəni fərqli bir səviyyəyə qaldırıb.
Gənc qadın mesajlara sərt reaksiya verib. "Əməliyyat olunacağımı bilirdimmi?, Kistlər hər qadında olur, bunun evliliklə nə əlaqəsi var?" deyə, sağlamlıq vəziyyətinin evliliklə əlaqələndirilməsinə etiraz edib. Daha sonra qayınanasına "Bunu qonşular deyil, sən deyirsən" sözləri ilə reaksiya verib.

Paylaşılan mesajlar tez bir zamanda sosial mediada gündəm olub və bir çox istifadəçi qayınananı tənqid edib./Medicina.az

Milli.Az