Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən çağırış yaşı 18-30 aralığını əhatə edir və bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır.
"Söhbət burada insanın fiziki göstəricilərindən gedir. Məsələn, 30 yaşında, əvvəllər xəstəliyi olmuş bir şəxsin yenidən hərbi xidmətə çağırılması real suallar doğurur. Bu yaşda olan insanın 18-20 yaşlı əsgərlərlə eyni xidmət vəzifələrini yerinə yetirməsi bəzən çətin olur və hətta əlavə yükə çevrilə bilər. Bu məsələ dəfələrlə qeyd olunub. Təəssüf ki, bəzi hallarda qanunvericilikdə dəyişikliklər müzakirə edilərkən real xidmət şəraiti və praktik çətinliklər nəzərə alınmır. Halbuki bu qərarları verən şəxslər real hərbi xidmət şəraitini daha yaxından təsəvvür etməlidirlər ki, 30 yaşında, əvvəllər xəstəlik keçirmiş bir şəxsin sıravi əsgər kimi xidmət zamanı hansı çətinliklərlə üzləşə biləcəyini daha düzgün qiymətləndirə bilsinlər".
Ekspert bildirib ki, çağırış yaşı 18-dən 30-a qədər müəyyən olunubsa, bu 12 il ərzində sağlamlıq problemi olmuş şəxsin sonradan hərbi xidmətə cəlb olunması suallar yaradır.
"Əgər həmin xəstəlik xroniki xarakter daşıyırsa və ya ciddi sağlamlıq problemləri olubsa, bunun xidmət zamanı yenidən üzə çıxma ehtimalı yüksəkdir. Hətta sağalmış kimi görünsə belə, xidmətin keyfiyyəti məsələsi ayrıca müzakirə mövzusudur. Bu baxımdan, alternativ xidmət mexanizminin daha geniş tətbiqi məqsədəuyğun ola bilər. Xəstəlik səbəbindən tam hərbi xidmətə yararlı olmayan şəxslər üçün sosial və ya səhiyyə müəssisələrində xidmət imkanı yaradıla bilər. Məsələn, reabilitasiya mərkəzlərində, sosial müəssisələrdə və ya xəstəxanalarda fəaliyyət göstərmək alternativ xidmət kimi dəyərləndirilə bilər".
Onun sözlərinə görə, ümumilikdə məqsəd odur ki, orduya fiziki və psixoloji baxımdan tam yararlı, xidmət vəzifələrini keyfiyyətlə yerinə yetirə bilən şəxslər cəlb olunsun.
"Bu səbəbdən xəstəliklə bağlı meyarların daha dəqiq müəyyənləşdirilməsi və alternativ xidmətin genişləndirilməsi vacib məsələ kimi qiymətləndirilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)
-
Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
-
Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
-
Sabirabadda sakinlərin yolu bağlandı – Uçan körpü ilə bağlı YENİ AÇIQLAMA
-
Pensiyalarla bağlı vacib məlumat
-
“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir? - Dosye - (Foto)
XƏBƏR LENTİ
-
Rusiyada güclü zəlzələ oldu
-
Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)
-
Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
-
Qazaxıstan onu Azərbaycana təhvil verdi
-
Elvin Cəfərquliyev 2 həftə oynamayacaq
-
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
-
"Qarabağ"ın vurduğu 1-ci qoldan sonra stadionda yaşlı kişinin ürəyi getdi - (Video)
-
Dünyanın ən çirkin iti seçildi: 5000 dollar mükafat - (Foto)
-
Mourinyo oyuna niyə gözü göyərmiş halda çıxıb? - (Foto)
-
Odissey kimdir? - Homerin ölməz qəhrəmanı, Nolanın yeni filminin sirli dünyası... - (Foto)
-
Bu qadını görənlər polisə xəbər versin
-
TƏBİB sədri iki vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar
-
Əməkdar incəsənət xadiminin məzarı dağılmış vəziyyətdədir - (Foto)
-
Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı - (Video)
-
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb - (Foto)
-
"Ən zəngin 100 türk"dən biri vəfat etdi
-
"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı" - Xanım Qafarovanın qızı
-
TAU-nun 7 tələbəsi Türkiyədə yay təcrübə proqramına göndərilib (Foto)
-
"Faytonçu" Nazim görünüşünü dəyişdirdi - (Foto)
-
Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu
-
“Xalq Kapital”ın vəzifəli şəxsi cərimələndi
-
Ana olmağa hazırlaşan bloqer Nailə xəstəxanaya yerləşdirildi - (Video)
-
Məşhur aktrisa 36 yaşında vəfat etdi - (Foto)
-
Kolleclərə qeydiyyat prosesinə başlanılır





