Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikdə sinir sıxılmasına səbəb olaraq qalıcı hərəkət məhdudiyyətləri yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə türkiyəli Beyin və Sinir Cərrahiyyəsi mütəxəssisi Aytaç Can məlumat verib.
Onun sözlərinə görə, onurğa kanalının daralması əsasən bel bölgəsində müşahidə olunur. Xəstəlik bağ toxumasının qalınlaşması və ya disk yırtıqları nəticəsində meydana gəlir:
"Bel nahiyəsində daralma zamanı xəstələrdə gəzərkən artan ağrı, uyuşma və yalnız istirahət və ya irəli əyilmə ilə keçən şikayətlər yaranır. Ayaqlarda gücsüzlük də müşahidə oluna bilər. Boyun bölgəsində isə əl və qollarda zəiflik, uyuşma və tarazlıq pozğunluğu görülə bilər".
Mütəxəssis qeyd edib ki, xəstəliyin diaqnostikasında MRT müayinəsi mühüm rol oynayır. İlkin mərhələdə dərman müalicəsi, fizioterapiya, pilates, üzgüçülük və gəzinti kimi qeyri-cərrahi üsullar tətbiq edilir.
Lakin şikayətlər davam etdikdə epidural inyeksiyalar və digər ağrı müalicəsi metodlarına müraciət oluna bilər. Sinir sıxılmasının ciddi həddə çatdığı hallarda isə cərrahi müdaxilə qaçılmaz olur.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi





