Məktəbdəki qətliamı qəhrəman aşbaz dayandırıb: "Bıçağı ayağına sapladım"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhrəmanmaraşda 9 nəfərin ölümü ilə nəticələnən dəhşətli məktəb hücumu zamanı faciənin daha da böyüməsinin qarşısını alan şəxs məlum olub. Övladları həmin məktəbdə oxuyan və peşəsi aşbaz olan Nəcməddin Bəkçinin müdaxiləsi hücumçunu zərərsizləşdirib.
Milli.Az xəbər verir ki, istintaqa ifadə verən Nəcməddin Bəkçi hadisə anını belə təsvir edib:
"Evdə oturarkən çəkic səsinə bənzər səslər eşitdim. Balkona çıxanda uşaqların pəncərələrdən atılıb qaçdığını gördüm. Övladlarımın orada olduğunu düşünüb dərhal məktəbə qaçdım."
Məktəbin arxa qapısından içəri girən qəhrəman valideyn qanlı mənzərə ilə qarşılaşıb.
Pilləkənlərlə yuxarı qalxanda məktəb kantininin işçisi və iki müəllimin iri cüssəli hücumçunu tutmağa çalışdığını görüb.
Hücumçunun (İsa Aras Mersinli) əlindən qaçıb başqalarına da zərər verməməsi üçün Nəcməddin Bəkçi aşbazlıq vərdişi ilə haradansa əldə etdiyi bıçaqla onun sağ ayaq nahiyəsinə bir zərbə endirib.
Bəkçi öz ailəsinin də təhlükədə olduğunu bildirib:
"Qızımı həyətdən götürdüm, oğlum isə artıq evə qaçmışdı. Oğlum silah səslərini eşidəndə tualetdə gizlənib. Onun sinif yoldaşlarından ikisi həyatını itirib."
Mütəxəssislər qeyd edirlər ki, aşbaz Nəcməddin Bəkçinin bu cəsarətli müdaxiləsi olmasaydı, hücumçu digər siniflərə də girə bilərdi. Əvvəlki xəbərlərdə qeyd olunan hücumçunun ayağındakı "sirli" kəsici yaranın məhz bu müdaxilə nəticəsində yarandığı və hücumçunun elə həmin yaradan yaranan qanaxma nəticəsində öldüyü (həmin an "məni bağışla" deyə qışqıraraq) artıq tam sübuta yetirilib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ





