Türkiyə

"5-ci və 6-cı siniflər hazır olsa yaxşı olar" - Qatilin dəhşətli mesajları

17 Aprel 2026 00:14
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qəhrəmanmaraşda 10 nəfərin ölümü ilə nəticələnən (aşpazın müdaxiləsi ilə ölən hücumçu daxil olmaqla) faciənin pərdəarxası məlum olub. İsa Aras Mersinlinin Discord tətbiqində yazdığı mesajlar və kompüterindəki sənədlər qətliamın saatbasaat planlaşdırıldığını sübut edir.

Milli.Az xəbər verir ki, hücumçu hadisədən bir gün əvvəl və həmin günün səhəri qrup yazışmalarında niyyətini açıq şəkildə bildirib. Onun mesajlarında aşağıdakı dəhşətli ifadələr yer alıb:

"5-ci və 6-cı siniflər hazır olsa yaxşı olar."

"Bunu bu gün edə bilərəm. Günorta saat 3 radələrində."

"Bu dünyaya nə qədər tükəndiyimi göstərəcəyəm."

Yazışmalarda ən diqqətçəkən məqamlardan biri İsa Arasın atası (polis rəisi Uğur Mersinli) haqqındakı iddialarıdır:

"Öz atam məni boğmağa və öldürməyə çalışdı. Bu gün tamamilə tükəndim. Evdə təkəm, sadəcə manifestimi tələsik bitirib bir az yatacağam."

Qəhrəmanmaraş Respublika Baş Prokurorluğu hücumçunun evində aparılan axtarışlar zamanı rəqəmsal materialları müsadirə edib.

Məlum olub ki, İsa Aras hələ 11 aprel 2026-cı il tarixində kompüterində böyük bir aksiya keçirəcəyinə dair sənəd hazırlayıb.

Prokurorluq hazırkı dəlillərə əsasən hadisənin hər hansı bir terror təşkilatı ilə əlaqəsinin olmadığını, hücumçunun tamamilə fərdi şəkildə hərəkət etdiyini açıqlayıb.

Hücumçunun son mesajlarının xronologiyası:
"Lənət olsun!"

"Bunu bu gün edə bilərəm."

"Günorta saat 3 radələri..."

"Atam məni öldürmək istədi."

"Manifestimi bitirib bu dünyaya kim olduğumu göstərəcəyəm."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.