İdman

Qurban Qurbanov: "Futbolçu olduğum dönəmdə rəhbərlikdən küsmüşəm"

2 Mart 2026 20:19
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçu olduğu dönəmdə klub rəhbərliyindən küsübmüş.

Milli.Az "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.

O, indiki oyunçularda da oxşar hərəkətləri gördüyünü söyləyib:

"Futbolçu olduğum dönəmdə rəhbərlikdən küsmüşəm. İndi bunu futbolçulardan görəndə onları başa düşürəm, yanlarında oluram. Çünki bunları yaşamışam".

Q.Qurbanov Avropa futbolundan çox geri qaldığımızı sözlərinə əlavə edib:

"Yaxşı məşqçi olmaq istəyirsənsə, ilk növbədə peşəni sevməli və məsuliyyətli olmalısan. Bəzən yorğunluqdan şikayət edirik. Avropa futbolu daim inkişaf edir. Məşqçi kimi çalışmaq vaxt getdikcə çətinləşir. Daha çox keyfiyyəti artırmalıyam. Bu işi sevirəmsə, məsuliyyəti dərk edirəmsə, daim çalışacağam. Bunun üçün şərait də önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.