İran

İsfahandakı nüvə obyektinə zərbələr endirildi

2 Mart 2026 20:47
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirib.

Milli.Az xəbər verir ki, hücum nəticəsində hərbi hava bazası ilə yanaşı, nüvə kompleksinin müəyyən hissələri də hədəfə gəlib.

Kanalın məlumatına görə, hücuma baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hələlik nüvə obyektlərini hədəf alan hərbi fəaliyyət qeydə almadıqlarını bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, Buşehr AES, Tehran tədqiqat reaktoru və digər nüvə müəssisələrinin zədələnməsi barədə onlarda rəsmi məlumat yoxdur.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər şəhərləri də hədəfə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.