Ərdoğandan dünyaya İran mesajı: "Lazımi müdaxilə edilməsə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı çox ciddi xəbərdarlıq edib. O, "Əgər lazımi müdaxilə edilməsə, bunun ağır nəticələri olacaq, yanğın böyümədən söndürülməlidir" deyə bildirib.
Milli.Az xəbər verir ki, Ərdoğanın çıxışında "Şənbə günü qonşumuz İrana qarşı beynəlxalq hüququ açıq şəkildə pozan hücumlar edildi. Bu hücumlarda İranın dini lideri Əli Xameneyi ilə yanaşı, mülki və hərbi rəsmilər, həmçinin günahsız uşaqlar da daxil olmaqla çox sayda iranlı həyatını itirdi. Həyatını itirən iranlı qardaşlarımıza Allahdan rəhmət, İran xalqına isə ölkəm və millətim adına başsağlığı diləyirəm.
Prioritetimiz atəşkəsin təmin edilməsi və dialoq qapısının açılmasıdır. Əgər lazımi müdaxilə edilməsə, bu münaqişə prosesinin regional və qlobal təhlükəsizlik baxımından çox ciddi nəticələri olacaq. Belə bir vəziyyətin yaradacağı iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç bir ölkə tab gətirə bilməz. Bu səbəbdən, yanğın daha da böyümədən söndürülməlidir.
Türkiyə olaraq ilk gündən etibarən ixtilafların diplomatik yollarla həlli üçün intensiv səy göstərmişik; bundan sonra da sülh və sabitlik üçün çabalarımızı davam etdirəcəyik. Atəşkəs bərpa olunana, bölgəmizdə yenidən sakitlik hökm sürənə qədər hər səviyyədə təmaslarımızı artıraraq davam etdirəcəyik.
Bu həssas prosesdə ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görürük. Heç bir ehtimalı nəzərdən qaçırmır, hər bir hadisəni ən xırda detalına qədər təhlil edirik. Təhlükəsizlik və kəşfiyyat qurumlarımız sahədəki inkişafı çox böyük diqqətlə izləyir. Millətimiz dövlətinə güvənməyə davam etsin." deyə bildirib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Gəlin toyda bəyi xalta ilə gəzdirdi – (Video)
-
Xaricdə tək yaşayan türkiyəli kişinin göz yaşları hər kəsi kövrəltdi - (Video)
-
58 illik arvadına hər ad günündə çiçək əvəzinə görün nə hədiyyə edir - (Video)
-
"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək
-
İsraildən Türkiyəyə güc nümayişi
XƏBƏR LENTİ
-
Ölüm xəbəri yayılan "Banu Günel" illər sonra - (Foto)
-
Bayramovla Berendsenin təkbtək görüşü başladı
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
-
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib
-
“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
-
Boksçumuz Avropa çempionu oldu
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Rahib Hz. Musa kimi dənizi yarmağa çalışdı - Gülünc vəziyyətə düşdü - (Video)
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib





