Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.
Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi?
Milli.Az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb.
R.Həsənov: "Exchange" açmaq üçün 50 min manat vəsaitin tələb olunması sahibkarların işə marağını azaldır
"2006-cı ildə sığorta stajı mexanizminin yaradılması ilə bağlı qanunvericiliyin əsasları müəyyən edilərkən "Əmək pensiyaları haqqında" qanunda SSRİ dövründə çalışmış Azərbaycan vətəndaşlarının iş illəri üçün xüsusi yanaşma tətbiq olunub.
Həmin dövrdə işlənilən hər il üçün vətəndaşların pensiya kapitalına 307 manat sığorta məbləği əlavə edilib. Bu məbləğ iş stajının illərinə vurularaq 2006-cı ildə fərdi hesabda pensiya kapitalı kimi qeydə alınıb.
Misal üçün, əgər vətəndaşın Sovet dövründə 25 il iş stajı olubsa, bu illər 307 manata vurularaq 7 675 manat həcmində vəsait onun pensiya kapitalına əlavə edilib. Sonrakı illərdə isə həmin məbləğ inflyasiya nəzərə alınmaqla mütəmadi indeksləşdirilib", - deyə Rəşad Həsənov bildirib.
Ekspert vurğulayıb ki, mövcud sistemdə Sovet dövründə işləyən şəxslərin əmək fəaliyyəti tamamilə nəzərə alınmamış sayılmır.
"Bununla belə, 307 manatlıq baza məbləğinin nə dərəcədə ədalətli olması ayrıca müzakirə mövzusu kimi qalır. Hazırkı qanunvericilik bu məsələni müəyyən çərçivədə tənzimləyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tar danışır, kamança cavab verir - Azərbaycan muğamı Avropanı fəth edir - FOTO
-
"Evdə it qədər hörməti olmayan, əri 70 arvad alan..."
-
Kirayə qalanlar bu xəbəri mütləq OXUSUN - 300 manat cərimələnə BİLƏRSİNİZ
-
Hərbi ilə bağlı bu qanun qəbul EDİLDİ
-
Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir
-
İranda dron həyəcanı
-
"Ata-anam xeyir-dua vermədi, XOŞBƏXT OLMADIM"
-
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər TUTULDU
-
Əməkdar artist mərhum oğlunun həyata keçməyən arzusundan DANIŞDI
-
BŞİH rəsmisi: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır
-
Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialına gəliblər - FOTO
-
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri ÇIXILIRMIŞ? - RƏSMİ AÇIQLAMA
-
Xalq artisti illərə meydan oxuyan gözəlliyinin sirrini AÇIQLADI
-
Ölkədə alçanın baha olmağının səbəbi bu İMİŞ
-
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
-
AQTA 205 kq qanunsuz at əti aşkarladı
-
Şüşə, yoxsa metal qab: Hansını ALAQ?
-
Prezident İlham Əliyev Ədalət Fərəcovu “Əmək” ordeni ilə təltif edib
-
Ərdoğan İrəvana getməyəcək
-
Maaşlarla bağlı ÖNƏMLİ XƏBƏR - Qanun qəbul EDİLDİ
-
Ayın 2-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Ölkəyə 55 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda 5 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ
-
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”





