Kirayə qalanlar bu xəbəri mütləq OXUSUN - 300 manat cərimələnə BİLƏRSİNİZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətlərə son qoymaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir üçün tətbiq olunan inzibati cərimələr artırılıb.
Əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən həmin məbləğ 300 manata qədər yüksəldilir.
Milli.Az xəbər verir ki, rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az-a bildirib ki, cərimə məbləğinin artması əksər kirayə müqavilələrinin rəsmiləşdirilməsinə ciddi təsir göstərməyəcək. Ekspertin sözlərinə görə, bunun üçün çıxarışı olmayan ev sahibinin də mənzili kirayə verərkən müqavilə bağlamaq şansı olmalıdır:
"Qaydalar və qeydiyyat prosesi dəyişməlidir. Vətəndaşın çıxarışı olmasa da onun müvaqilə bağlamaq şansı tanınmalıdır. Vətəndaş hansısa bir sahədən gəlir əldə edirsə, sözsüz ki, vergi də ödəməlidir. Kirayə ilə bağlı vergilər cari ildən 14 faizdən 10 faizə endirilib. Amma qanunda bəzi boşluqlar var. Müqavilə notarial qaydada bağlanırsa, kirayə qalan şəxs həmin mənzilə müvəqqəti qeydiyyata düşməlidir".
Həmsöhbətimiz qeyd edir ki, Bakı və Abşeronda 500 minə yaxın çıxarışı olmayan ev var:
"Kirayədə qalanların mütləq əksəriyyəti bölgələrdən gələn tələbələr, iş dalınca gələnlərdir. Amma Bakı və Abşeronda 500 minə yaxın fərdi yaşayış evləri var. Hansı ki, onların çoxunun çıxarışı yoxdur. Bu səbəbdən həmin ərazilərdəki evlər kirayəyə veriləndə müqaviləni notarial qaydada bağlamaq olmur. Çünki bunun üçün mütləq şəkildə evi müəyyən edən sənəd olmalıdır. Belədə müqavilə rəsmi bağlanmır və vergi ödənilmir".
E.Fərzəliyev deyir ki, mənzil sahiblərinin qorxduğu digər məqam isə kirayə qalanlardan müvəqqəti qeydiyyat tələb olunmasıdır. Bu səbəbdən ekspertə görə, müvəqqəti qeydiyyatla bağlı yanaşma da dəyişməlidir:
"Yəni vətəndaş həmin mənzilə qeydiyyata düşdükdən sonra, mənzil satılarsa, bağışlanılarsa, banka girov qoyularsa, mütləq şəkildə kirayə qalan razı salınmalıdır. Bu da təbii ki, tərəflər arasında bir çox narazılığa gətirib çıxarır. Ona görə müvəqqəti qeydiyyatla bağlı yanaşma dəyişməlidir ki, mənzil sahibi istədiyi zaman kirayədə qalanı qeydiyyatdan çıxara bilsin.
Adətən kirayəyə verilən mənzillərdə mübahisəli məqamlar da çox olur. Bəzi hallarda mənzil sahibi kirayə qalana müəyyən problemlər yaşadır, bəzən də əksinə. Amma müqavilə rəsmi qaydada olanda tərəflərdən hər hansısa biri öhdəliyi pozduqda, məsuliyyət daşıyır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





