“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər saxtadır.
Milli.Az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb:
"Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir: "1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonların birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir.
Son illərdə xaricdə oturan bəzi üzdəniraq "media" mənsubları harda neqativ hadisə baş verirsə, dərhal müharibə iştirakçılarının bu proseslərdə adını hallandırmaqla ictimaiyyət arasında gərginlik yaratmağa və bununla da səhifələrində geniş izləyici kütləsi toplamağa çalışırlar. Üzdə müharibə iştirakçılarını guya müdafiə etdiklərini göstərməyə, əslində isə alt şüurda müharibə iştirakçılarını ictimaiyyətə bandit, quldur və terrorçu imicində təqdim etməyə çalışırlar.
Dəyərli izləyicilər, hər oxuduğumuz və eşitdiyimiz xəbər doğru olmaya bilər. Etibarlı mənbələri izləyin.
Əlbəttə ki, bu, xoşagəlməz bir hadisədir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları ətraflı araşdırma aparacaq, hadisənin səbəb və nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəklər" - Ə.Verdiyev yazıb.
Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialına gəliblər - FOTO
-
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri ÇIXILIRMIŞ? - RƏSMİ AÇIQLAMA
-
Ölkədə alçanın baha olmağının səbəbi bu İMİŞ
-
Maaşlarla bağlı ÖNƏMLİ XƏBƏR - Qanun qəbul EDİLDİ
-
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
-
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir - FOTO
XƏBƏR LENTİ
-
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər TUTULDU
-
Əməkdar artist mərhum oğlunun həyata keçməyən arzusundan DANIŞDI
-
BŞİH rəsmisi: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır
-
Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialına gəliblər - FOTO
-
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri ÇIXILIRMIŞ? - RƏSMİ AÇIQLAMA
-
Xalq artisti illərə meydan oxuyan gözəlliyinin sirrini AÇIQLADI
-
Ölkədə alçanın baha olmağının səbəbi bu İMİŞ
-
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
-
AQTA 205 kq qanunsuz at əti aşkarladı
-
Şüşə, yoxsa metal qab: Hansını ALAQ?
-
Prezident İlham Əliyev Ədalət Fərəcovu “Əmək” ordeni ilə təltif edib
-
Ərdoğan İrəvana getməyəcək
-
Maaşlarla bağlı ÖNƏMLİ XƏBƏR - Qanun qəbul EDİLDİ
-
Ayın 2-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Ölkəyə 55 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda 5 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ
-
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
-
“Qızıl viza” kimlərə veriləcək?
-
Baş nazirdən QƏRAR
-
Aynişan bu tərzi ilə müzakirə yaratdı - FOTOlar
-
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir - FOTO
-
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib - YENİLƏNİB
-
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
-
Müdir işçini "girov" saxlayır - ŞİKAYƏT





