Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Britaniya Pestisitlərə Qarşı Fəaliyyət Şəbəkəsi) ölkənin hökumət nəzarətində olan kənd təsərrüfatı məhsullarındakı kimyəvi qalıqlara dair məlumatları təhlil edib.
Milli.Az xəbər verir ki, aparılan analiz nəticəsində 12 növ meyvə və tərəvəzdə yüksək miqdarda pestisit və kimyəvi maddə aşkar edilib.
Hesabata əsasən tərəvəzlərin dörddə biri, meyvələrin isə dörddə üçü birdən çox pestisit qalığı ehtiva edir.
Bu il aparılan geniş araşdırmada 17 fərqli meyvə və tərəvəzdə ümumilikdə 123 müxtəlif kimyəvi maddə müəyyən edilib. Onların 42-si xərçənglə əlaqəli pestisitlər, 21-i isə hormon sisteminə zərər verən maddələr kimi qiymətləndirilib. Alimlərin sözlərinə görə, bu maddələr doğuş qüsurları, yuxu pozuntuları və reproduktiv problemlərə yol aça bilər.
Ən çox kimyəvi qalıq olan məhsullar
- Siyahının ilk pilləsində qreyfrut yer alır.
- Üzüm
- Laym (yaşıl limon)
- Banan
- Dolmalıq bibər və acı bibər
- Qarpız
- Təzə lobya
Digər yüksək riskli qidalar
- Kartof
- Kök tərəvəzlər
- Zəncəfil
- Sarımsaq
Ən az kimyəvi qalıq olan məhsul
Araşdırmaya görə, siyahıda ən təmiz məhsul olaraq çuğundur (şəkər və ya qırmızı çuğundur) göstərilib.
Lalə Qüdrətova
Milli.Az





