Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.
Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.
Milli.Az





