Bakıda xəstəxananın həyətində 6 aylıq döl tapıldı

5 Dekabr 2025 10:56

Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.

Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az