Məhəmməd Quliyev saxlanıldı - Ölkəyə TIR-la narkotik gətiribmiş - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb.
Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qanunsuz fəaliyyətin üstü açılıb.
Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi "Mercedes" markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi tapılaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində İkram adlı şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.
Törətdiyi cinayət əməllərinə görə həbs olunan M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





