İqtisadiyyat

Uçot dərəcəsi ilə bağlı növbəti qərar bu tarixdə açıqlanacaq

22 Oktyabr 2025 10:24
Baxış: 293
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumatı 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlayacaq.

Bu barədə Milli.Az AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.

"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.