Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəlakət ssenariləri qurmaq, qərarları təkrar-təkrar ölçüb-biçmək və ya gün ərzində başınıza gələnləri zehninizdə fırlatmaq üçün əzələlərinizdən istifadə etmirsiniz. Lakin bu hal zehin üçün təngənəfəs vəziyyətdə qaçmaq qədər yorucu ola bilər.
Milli.Az xəbər verir ki, beyin stresli düşüncələri real təhlükə kimi qəbul edir. Bu isə bədəni daimi gərginlikdə saxlayaraq həm ruhən, həm də fiziki olaraq bizi tükəndirir.
Psixoloq İtan Krossa görə, insanın iç səsi plan qurmaq və təcrübələri anlamaq üçün vacibdir. Amma bu səs eyni şeyləri neqativ şəkildə təkrarlamağa başlayanda "zehni boşboğazlıq" yaranır. Bu, gələcəyə dair sonsuz narahatlıqlar və ya keçmişdəki kiçik bir hadisəni saatlarla analiz etmək şəklində özünü göstərir.
Bu vərdişi dayandırmağın 6 yolu
1. Düşüncələrlə savaşmayın
Narahatedici düşüncələri basdırmağa çalışdıqca, beyin həmin düşüncənin "təhlükəli" olduğu mesajını alır və ona daha çox bağlanır. Düşüncəni sadəcə fərq etmək və qəbul etmək kifayətdir.
2. Zehni zaman səyahəti edin
Özünüzə sual verin: "Bu məsələ bir həftə və ya bir neçə il sonra hələ də əhəmiyyətli olacaqmı?" Bu, böyük rəsmi görməyə kömək edir.
3. Özünüzlə kənardan bir şəxs kimi danışın
Özünüzə "mən" yerinə "sən" deyə müraciət edin. Məsələn, "Mən bunu edə bilərəm" yerinə, "Sən bunu bacararsan" deyin. Bu, problemlərə daha obyektiv yanaşmağı təmin edir.
4. Narahatlıqlarınızla "Görüş saatı" təyin edin
Bütün günü narahat olmaq yerinə, özünüzə bir vaxt müəyyən edin (məsələn, saat 18:00). Əgər narahatlıqlar daha tez qapınızı döyərsə, özünüzə deyin: "İndi yox, səninlə saat 6-da görüşəcəyik."
5. Mühitinizi dəyişin
Nəzarət hissi itəndə düşüncələr artır. Otağı toplamaq, masanı düzəltmək və ya 20 dəqiqəlik təbiət yürüşü etmək daxili səsinizi susdurmağın ən effektiv yollarından biridir.
6. Hərəkətə keçin
Stressdən yaranan enerjini boşluğa xərcləməyin. Bir mövzunu araşdırın, görüləcək işlər siyahısı hazırlayın və ya bir dostunuzla söhbət edin. Beyni real bir işlə məşğul etmək "qurub-daşımaq" döngüsünü qırır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır





