Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar.
Milli.Az duş zamanı qaçınmalı olduğunuz 7 əsas səhvi təqdim edir:
1. Kosmetik məhsul çoxluğundan qaçın
Onlarla fərqli məhsuldan istifadə etmək dərini yorur. Xüsusilə antibakterial və kəskin ətirli sabunlar dərinin təbii mikrobiomunu pozaraq qıcıqlanmaya səbəb olur. Dəri baryerini dəstəkləyən zərif təmizləyicilərə üstünlük verilməlidir.
2. İsti su dərinin gizli düşmənidir
Uzun və isti vanna rahatladıcı görünsə də, həddindən artıq isti su dərinin təbii yağlarını yox edir. Bu, dərini qurudur və eyni zamanda ürək xəstəliyi olan şəxslərdə qan dövranı sistemini çətinləşdirə bilər. Ən sağlam seçim ilıq sudur.
3. Liflər və süngərlər bakteriya yuvasıdır
Hamam liflərini və süngərləri tamamilə qurutmaq demək olar ki, qeyri-mümkündür. Bu da onları bakteriyaların çoxalması üçün ideal məkana çevirir. Süngərləri hər 3-4 həftədən bir dəyişmək, dəsmalları isə tez-tez yumaq lazımdır.
4. Dərini sərt şəkildə ovmaqdan əl çəkin
Dərini "ağrıyana qədər" sürtməyin daha yaxşı təmizlik təmin etdiyini düşünmək böyük yanlışdır. Sərt hərəkətlər dəridə mikro cırıqlar yaradaraq infeksiya riskini artırır. Zərif və dairəvi hərəkətlər təmizlik üçün kifayətdir.
5. Səhv saç yuma texnikaları
Şampun saç dərisinə, saç kremi (balzam) isə yalnız saç uclarına çəkilməlidir. Kremi saç dərisinə vurmaq saçın daha tez yağlanmasına səbəb olur. Həmçinin, hər saç tipinin hər gün yuyulmağa ehtiyacı yoxdur.
6. Məşqdən dərhal sonra "şok" duşa diqqət
Ağır fiziki aktivlik və ya idmandan dərhal sonra duşa girmək qan dövranı sistemində şok effekti yarada bilər. Bədən istiliyi və ürək döyüntüsünün normallaşması üçün məşqdən sonra ən azı 5-10 dəqiqə gözləmək həyati əhəmiyyət kəsb edir.
7. Nəmləndirici üçün "3 dəqiqə qaydası"
Duşdan çıxdıqdan sonra ilk üç dəqiqə ərzində nəmləndirici çəkilməsi dərinin rütubəti özündə saxlamasını təmin edir. Xüsusilə quru dərilər üçün tərkibində spirt və ağır ətir olmayan qatı kremlər tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Maaşdan əlavə bu pulları da ala bilərsiniz
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
-
Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi
-
Şeyx Əbdüldə daha bir xəstəlik aşkarlandı
-
Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
-
34 ildən sonra bu adada ilk dəfə körpə doğuldu
-
Sabah bu ərazilər susuz qalacaq
-
Dua Lipa xalası oğlunun toyunda bir oynadı ki... - (Video)
-
Luis Enrike: "Ardanı klubumda görsəm xoşbəxt olaram, öyrətilməyəcək bir şey var onda"
-
Sabah yağış yağacaq
-
Cim Kerri gizli şəkildə evləndi
-
“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında - (Video)
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Tramp ağcaqanadlarla bağlı fərman imzaladı - 90 faiz azaldılacaq
-
Azərbaycanda 17 yaşlı gənc infakrtdan öldü
-
Bu tarixlərdə meteor yağışı olacaq
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Məktəbdə dərs bölgüsü üstündə dava: Müəllim xəstəxanalıq oldu - (Yenilənib)
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Leyla Quliyeva bu verilişi aparacaq
-
Tərtərdə “Mercedes” mikroavtobusa çırpıldı - Xəsarət alanlar var
-
Dönərxanalar üçün toyuq əti hazırlanan qanunsuz sex bağlandı





