Tramp müharibənin sonunu anons etdi - TARİX
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər həm ABŞ, həm də İran tərəfindən müharibənin yaxın günlərdə bitəcəyilə bağlı müxtəlif açıqlamalar verilir.
İki gün öncə ABŞ Prezidenti Donald Tramphədəf üçün daha heç nəyin qalmadığını əsas gətirməklə, müharibənin tezliklə bitəcəyinin anonsunu verib.
Tehran da son günlər prosesə eyni yanaşma tərzi sərgiləyir. Belə ki, İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi hərbi qarşıdurmanın martın 21-də qeyd olunan Novruz bayramına qədər başa çata biləcəyini bildirib.
Onun sözlərinə görə, rəqib tərəflər uzunmüddətli müharibəni davam etdirmək gücünə malik deyil və əməliyyatların indiki templə davam etməsi münaqişənin qısa müddətdə yekunlaşmasına səbəb ola bilər.
Bir sözlə, artıq münaqişə tərəflərindən hər ikisi savaşın tezliklə bitəcəyindən danışır.
Görəsən bu, necə və hansı şərtlərlə mümkün ola bilər?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, mövcud situasiyada tərəflərdən heç biri məqsədlərinə çatmayıb:
"ABŞ Prezidenti Donald Tramp İranın artıq məğlub edildiyini deyir. Bu əsasda da yaxın günlərdə müharibənin bitəcəyini bəyan edib. Ancaq prosesi diqqətlə izləyənlər bilir ki, İranın nüvə proqramı və ballistik raketlərilə bağlı məsələ hələlik öz həllini tapmayıb və həll olunma ehtimalı da yoxdur. Ona görə də Vaşinqtonun öz məqsədinə nail olduğunu söyləmək qeyri-mümkündür.
İran da öz növbəsində ABŞ-a sarsıdıcı zərbələr vuracağını bildirib. Amma onun da elan etdiyinin icra olunduğunu söyləmək olmaz. 1200-dən artıq İran vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı. Bu şəraitdə İran özünü qalib elan edə bilməz.
Belə görünür, yaxın günlərdə hərbi əməliyyatlar dayandırılacaq və hər iki tərəf özünü qalib elan edəcək.
Özünü qalib elan etmək praktikası son illərin müharibələri üçün xarakterik bir haldır. Əslində isə nə İran, nə də ABŞ qalib sayıla bilməz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın





