Musiqi dinləməyin 4 faydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Musiqi sağlamlıq və beyin funksiyalarına müxtəlif təsirlər göstərə bilir.
Milli.Az xəbər verir ki, son illərdə aparılan elmi tədqiqatlar musiqinin insan bədəni və zehni üzərində təsirlərini daha yaxşı anlamağa kömək edən yeni nəticələr ortaya qoyub.
Sağalmanı sürətləndirir - California Northstate University College of Medicine tədqiqatçıları tərəfindən 2024-cü ildə aparılan araşdırma və meta-analiz göstərib ki, əməliyyatdan sonra musiqi dinləmək xəstələrin hiss etdiyi ağrını əhəmiyyətli dərəcədə azalda və ürək döyüntüsünü aşağı sala bilər. Ümumilikdə 35 araşdırmanın nəticələrinin təhlili göstərib ki, musiqi anesteziyadan ayılma mərhələsində yaşanan stressi azalda, narahatlıq və kortizol səviyyəsini aşağı sala bilər.
Demansiya riskini azalda bilər - Avstraliyanın Monash University tədqiqatçıları tərəfindən 2025-ci ildə aparılan araşdırmada arxa planda müntəzəm musiqi səslənməsinin demensiya riskini azalda biləcəyi müəyyən olunub. Tədqiqat çərçivəsində 70 yaş və üzəri 10 min 893 nəfər araşdırılıb. Nəticələrə görə, davamlı musiqi dinləyən insanlarda demensiya inkişaf etmə riski musiqi dinləməyən və ya nadir hallarda dinləyənlərlə müqayisədə 39 faiz daha az olub. Bundan əlavə, musiqi aləti çalan insanlarda demensiya riskinin 35 faiz daha aşağı olduğu müəyyən edilib.
Beyin plastisliyi artıra bilər - Beynin yeni bacarıqlar öyrənməsinə imkan verən yenidən qurulma qabiliyyəti "beyin plastisliyi" adlanır. Araşdırmalar göstərir ki, musiqi ilə məşğul olmaq bu qabiliyyəti gücləndirə bilər. Harvard Medical School tədqiqatçıları tərəfindən hazırlanaraq 2010-cu ildə "Neuroscientist" jurnalında dərc edilən araşdırma xüsusilə erkən yaşlarda musiqi təhsili almağın beyin plastisliyini artırdığını göstərib. Tədqiqatda bildirilib ki, kiçik yaşlarda musiqi təhsili alan uşaqların idrak qabiliyyətləri daha yüksək olur. Bir neçə araşdırma isə musiqi aləti çalan uşaqlarda beynin iki yarımkürəsi arasında əlaqəni təmin edən anterior corpus callosum hissəsinin daha böyük inkişaf etdiyini göstərib.
Canlı musiqi beyni daha güclü stimullaşdırır - Rəqəmsal platformalarda dinlənən yazılmış musiqinin də müxtəlif faydaları var. Lakin bəzi araşdırmalar canlı musiqinin beyin üzərində daha güclü təsir göstərə biləcəyini ortaya qoyur. University of Zurich tədqiqatçıları tərəfindən aparılan araşdırmada canlı konsertlərin yazılmış musiqi ilə müqayisədə daha güclü və davamlı nevroloji reaksiyalar yaratdığı müəyyən edilib. Araşdırma zamanı iştirakçıların həm yazılmış piano musiqisini, həm də canlı pianistin ifasını dinləyərkən beyinlərindəki amigdala aktivliyi ölçülüb. Nəticələr göstərib ki, canlı musiqi amigdala üzərində daha yüksək və daha sabit aktivlik yaradır. Həmçinin canlı ifa zamanı emosiyaların emalı ilə bağlı daha geniş sinir şəbəkəsində də aktivliyin artdığı müşahidə olunub.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi





