Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Milli.Az xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları ilə keçməyən davamlı öskürəyə diqqət yetirmək lazımdır.
Bildirilir ki, uzun müddət davam edən öskürək allergik xəstəliklərdən tutmuş ürək və ağciyər problemlərinə qədər müxtəlif xəstəliklərin əlaməti ola bilər.
Ağciyər xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Tevfik Özlü qriplə başlayıb sonradan uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq edib. O bildirib ki, davamlı öskürək adi müalicə üsulları ilə keçmir və belə hallarda mütləq həkimə müraciət edilməlidir.
Onun sözlərinə görə, qış mövsümünün bitib yaz aylarının başlaması ilə bu cür şikayətlərlə müraciət edən xəstələrin sayı artır:
Mütəxəssis uzun müddət davam edən öskürəyin mütləq ciddi qəbul edilməli olduğunu vurğulayıb:
"Bu öskürək adi öskürək siropları və dərmanlarla keçmir. Bal və bitki çayları ilə də yaxşılaşmayan, insanı narahat edən və gündəlik həyat keyfiyyətini aşağı salan öskürəkdir. Bu halda mütləq müayinədən keçmək və altında xroniki xəstəlik olub-olmadığını araşdırmaq lazımdır. Bəzən öskürək başqa xəstəliklərin əlaməti də ola bilər. Məsələn, ürək çatışmazlığı olan xəstələr də öskürəklə müraciət edə bilərlər. Hətta ağciyər xərçəngi də bəzi hallarda öskürək vasitəsilə aşkarlanır. Buna görə də uzun müddət davam edən öskürəyi diqqətdən kənarda qoymaq olmaz. Normalda tənəffüs yolu infeksiyalarından sonra öskürək 3-5 gün davam edib keçir. Amma 3-8 həftədən çox çəkirsə, mütləq səbəbi araşdırılmalı və uyğun müalicə aparılmalıdır. Çünki bəzən arxasında ciddi problemlər dayanır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bu 4 əlaməti görməzdən gəlməyin
XƏBƏR LENTİ
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Günün qoroskopu: Daxili rahatlıq tapmaq üçün ideal zamandır
-
Kaliforniyada baş verən güclü zəlzələnin videosu
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakı-Sumqayıt yolundakı tıxac probleminə çarə - (Video)
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)





