Cəmiyyət

Şadlıq saraylarında təhlükə - Dabaq xəstəliyinin qarşısı necə alınacaq? - AÇIQLAMA

22 Oktyabr 2025 11:22
Baxış: 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ölkə ərazisində heyvanlar arasında yayılan dabaq xəstəliyinin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Yaxın günlərdə heyvan bazarlarının fəaliyyətində məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı da xəbərlər var. Çünki dabaq xəstəliyi insana ət vasitəsi ilə keçə bilir. Belə olan halda insanların sağlamlığı hər yerdə nəzarətdə saxlanılmalıdır. 

Bəs şadlıq saraylarında toy zamanı istifadə edilən ətlərin təhlükəsizliyi nəzərə alınırmı?

Milli.Az xəbər verir ki, restoran sahiblərinin sözlərinə görə, onlar bu xəstəlikdən əvvəl də ət alanda AQTA sertifikatı ilə alırlar:

"Ət toydan bir gün əvvəl gəlir restorana və həmin sənədlərlə biz tanış oluruq. Çünki hansısa mənfi hadisə yaşanarsa, bu bizim üçün də xoşagələn durum deyil. Həm də restoranlara qarşı da ani yoxlamalar olur". 

Mütəxəssislər qeyd edirlər ki, insanlar nəinki yemək yeyəndə ət alanda da kifayət qədər diqqətli olmalıdırlar. 

Qida eksperti Mütəllim Abdullazadənin sözlərinə görə, dabaq xəstəliyi heyvanlar arasında yayılsa da, nəzarətsiz kəsim, sənədsiz satış və gigiyenik qaydalara riayət olunmaması nəticəsində dolayı yollar yoluxma riskini artırır:

"Heyvan bazarının müvəqqəti bağlanması bu risklərin qarşısını almaq üçün vacib amildir. Eyni dərəcədə məsuliyyət şadlıq sarayları və restoranların üzərinə düşür. Restoran rəhbərlikləri istifadə etdikləri ət məhsullarını alarkən baytarlıq arayışı və digər sənədlərin olub-olmamasına nəzarət etməlidirlər". 

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu kimi obyektlər qurumun regional bölmələrinin nəzarətindədir. Mütəmadi olaraq monitorinqlər aparılır. Həmçinin, sözügedən obyektlər baytarlıq sənədləri ilə təmin olunmalıdır. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.