Ölkə

AZAL-ın təyyarəsi İrəvana eniş etdi - FOTO

22 Oktyabr 2025 10:10
Baxış: 1 160
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən AZAL aviaşirkətinə məxsus təyyarə uzun fasilədən sonra ilk dəfə olaraq Ermənistanın paytaxtı İrəvanda eniş edib.

Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev şəxsi feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, oktyabrın 21-də baş tutan bu uçuşda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertlər olub.

Hadisə ilə bağlı "Sputnik Ermənistan" da məlumat yayıb. Nəşr qeyd edib ki, Bakıdan gələn xüsusi reys yerli vaxtla təxminən saat 16:00-da İrəvan hava limanına enib.

Xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkənin nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa formatında müzakirələr keçiriləcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.