Texnologiya

Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik

22 Oktyabr 2025 09:13
Baxış: 1 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" yaxın vaxtlarda istifadəçilərin yeni söhbətlərdə göndərə biləcəyi mesajların sayını məhdudlaşdıracaq. Yeni funksiyanın əsas məqsədi platformada spam və tez-tez göndərilən yayım mesajlarının qarşısını almaqdır.

Milli.Az xəbər verir ki, bu məhdudiyyət istifadəçilərin cavab vermədiyi yeni çatlarda tətbiq olunacaq.

Funksiya həm fərdi şəxslərə, həm də biznes hesablarına şamil ediləcək.

Yeni sistem sayəsində istifadəçilər və ya şirkətlər ay ərzində müəyyən sayda mesaj göndərə biləcək və bu limitə yaxınlaşdıqda onlar xəbərdarlıq alacaqlar.

Yeni funksiyanın istifadəyə verilmə tarixi hələlik açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.