Yeni alınan paltarları geyinməzdən əvvəl yumaq lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni paltarlardan xəstəlik keçməsi çox nadir hallarda baş versə də, mütəxəssislər bildirir ki, mikroblar və bakteriyalar paltarların üzərində günlərlə, hətta həftələrlə yaşaya bilər. Bu səbəbdən, yeni geyimlərin ilk istifadədən əvvəl yuyulması məsələsi yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, elm adamları və tekstil sahəsinin mütəxəssisləri razılaşırlar ki, həm istehsal prosesində istifadə olunan kimyəvi maddələr, həm artıq boya, həm də daşınma zamanı geyimlərə hopan kir yalnız yuma yolu ilə aradan qaldırıla bilər.
Cornell Universitetinin elyaf texnologiyası üzrə mütəxəssisi Frensis Kozen açıqlamasında bildirib ki, paltarlar istehsal olunduğu andan satışa çıxana qədər müxtəlif ölkələrdə, çoxsaylı insanların əlindən keçir. Bu isə, xüsusilə həssas dəriyə malik insanlarda qıcıqlanma və allergiya riskini artırır.
The Independent nəşrinin məlumatına görə, 2020-ci ildə aparılan bir araşdırma bakteriya və virusların bəzi parça növləri üzərində günlərlə, hətta həftələrlə yaşaya bildiyini ortaya çıxarıb. Bu isə mağazada başqa müştərilər tərəfindən geyinilib çıxarılan paltarların yuyulmadan istifadəsi zamanı infeksiya riskini artırır.
Vanderbilt Sağlamlıq Mərkəzinin dermatologiya üzrə mütəxəssisi Dr. Cami L. Miller Southern Livingə açıqlamasında qeyd edib ki, mağazada paltarları kimin sınaqdan keçirdiyi bilinmir və buna görə də bakteri və virus keçmə ehtimalını nəzərdən qaçırmaq olmaz. O, əvvəlki araşdırmalarda sınaqdan keçirilən geyimlər üzərində nəcis mənşəli bakteriyalardan tutmuş burun viruslarına qədər müxtəlif mikroorqanizmlərin tapıldığını, hətta bit, uyuz və taxtabiti kimi parazitlərin də parçalar üzərində bir neçə gün yaşaya bildiyini xatırladıb.
Yeni paltarlardan xəstəlik keçməsi nadir olsa da, mütəxəssislər xüsusilə parlaq rəngli məhsulların boyasının dəriyə və ya mebellərə keçməsinin qarşısını almaq üçün ilk yumanın vacibliyini vurğulayırlar. Qırmızı sviterlər və tünd rəngli cins şalvarlar bu baxımdan daha riskli qrupda yer alır.
Paltarların ilk istifadədən əvvəl yuyulması onların daha uzunömürlü olmasına da kömək edir. Lakin isti su və yüksək temperaturda qurudulma bəzi materialların büzüşməsinə və formasının pozulmasına səbəb ola bilər. Moda Texnologiyaları İnstitutundan Nomi Deil Kleynman geyimlərin formasını qorumaq üçün soyuq suda yuyulmasını və aşağı temperaturda, mümkün olduqda isə asaraq qurudulmasını tövsiyə edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
XƏBƏR LENTİ
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı





