Yer kürəsində güclü maqnit qasırğalarının baş verməsi gözlənilir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası "Telegram" səhifəsində bildirib ki, 9-10 dekabr tarixlərində maqnit sahəsində nəzərəçarpan dalğalanmalar müşahidə olunacaq.
Məlumata əsasən, ötən gecə baş verən "M8.1" sinifli güclü günəş alışması nəticəsində Yer istiqamətinə plazma axını göndərilib. Bu hadisə səbəbindən çərşənbə axşamı və çərşənbə günləri "G2-G3" dərəcəsində - yəni orta və yüksək səviyyəli maqnit qasırğaları qeydə alına bilər.
Kənan
Milli.Az





