Maraqlı

Soyqırımdan qaçıb, dünyanı özünə heyran etdi - FOTO

8 Dekabr 2025 00:25
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sudanlı model Anok Yai prestijli mükafata layiq görülüb.

Sudanlı mühacir ailənin qızı olaraq həyatına başlayan Anok Yai moda dünyasının zirvəsinə yüksələrək "British Fashion Council" tərəfindən "2025-ci ilin modeli" seçilib.

Milli.Az xəbər verir ki, o, uğurunu sosial şəbəkədə "Ana, deyəsən, bacardıq" sözləri ilə paylaşaraq sevincini bildirib.

Anok Yai moda sahəsində son illərin ən diqqətçəkən yüksəlişini nümayiş etdirib. 27 yaşlı model, bu uğuru ilə qara dərili modellərin moda dünyasında təmsilçiliyinə mühüm töhfə verib. Sosial şəbəkədə paylaşdığı anası ilə olan fotosu böyük maraq doğurub. Həmkarı Gigi Hadid də Yai-yə dəstək verərək "Təbriklər... Bu zəfəri haqq etdin, uzun müddət gözləyirdin!" sözlərini yazıb.

Həyatı tamamilə dəyişdi

Sudandakı soykırımdan qaçan ailənin uşağı kimi Qahirədə dünyaya gələn Anok Yai ailəsi ilə birlikdə ABŞ-yə köçdükdən sonra həyatının istiqaməti dəyişib.

Təsadüfi çəkilən bir fotosu sosial şəbəkədə yayılandan sonra moda agentliklərinin diqqətini çəkən Yai qısa müddətdə böyük brendlərin aranan simasına çevrilib. 2018-ci ildə Prada defilesini açaraq, Naomi Campbelldən sonra bunu edən ikinci qara model və eyni zamanda ilk Sudanlı model olub. Bu çıxışı ona dünya miqyasında tanınma qazandırıb.

2025 Victoria's Secret defilesində də iştirak etdi

Anok Yai 2025-ci ildə Victoria's Secret defilesində podyuma çıxaraq uğurunu daha da möhkəmləndirib.

Bu gün moda dünyasının ən güclü simalarından biri hesab edilən Yai həm bacarığı, həm də həyat hekayəsi ilə milyonlara ilham verməyə davam edir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.